Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13

Məktəblilər qız üstündə dalaşıb, bir yeniyetmə öldürülüb


ABŞ-da məktəb
ABŞ-da məktəb

Bu həftə – sentyabrın 16-da Nyu Yorkun cənubundakı Ouşensayd adlı ərazidə məktəbdən sonra dava düşüb, 16 yaşlı bir şagird sinəsindən bıçaqlanıb, sonradan xəstəxanada dünyasını dəyişib.

“The New York Times” qəzeti yazır ki, davaya qatılan, yaxud ona şahidlik edən 50-dən artıq yeniyetmədən heç biri gənci müdafiə etməyib. Onlardan bəziləri kənardan davanı, gəncin ölümünü mobil telefona çəkməklə məşğul olublar. Bunu polis deyir.

Bıçaqlanan Khaseen Morris xəstəxanada keçinib.

“Uşaqlar dayanıblar, Khaseen-ə kömək etməyiblər. Onlar ona kömək etmək əvəzinə ölümünü lentə alıblar”, – detektiv Stephen Fitzpatrick dünən keçirdiyi mətbuat konfransında deyib.


Qız hadisə yerində olmayıb

Detektivin sözlərinə görə, dava bir qızın üstündə düşüb, gənclər onun kiminlə gəzdiyini öz aralarında ayırd etməyə çalışıblar.

Yeniyetmələrin hamısı eyni ərazidə yaşayır, Brower küçəsindəki Island ticarət mərkəzinə yığışaraq məsələni orada “ayırd etməyə” qərar veriblər.

Khaseen mübahisədən, digər oğlanların mərkəzə gələcəyindən xəbərdar imiş, detektiv belə deyib.

911-ə zəngdən sonra polis hadisə yerinə gəlib. Khaseen ağır vəziyyətdə xəstəxanaya aparılıb və aldığı yaralardan gecə vəfat edib. Daha bir oğlanını qolunun sındığı, digərlərinin kiçik xəsarətlər aldığı bildirilir.

Üstündə dava düşən qız hadisə yerində olmayıb, detektiv Fitzpatrick deyib.

Khaseen-in ailəsi Ouşensayda bu yay köçübmüş. Bacısının sözlərinə görə, Khaseen yeni məktəbdə özünü dəb və incəsənət sahələrində ifadə edə biləcəyini düşünüb.

Hadisədən sonra psixoloqlar məktəbə şagirdlərlə işləməyə gəliblər.

Polis internetdə yayılan videolar vasitəsilə davada iştirak etmiş azı yeddi oğlanı müəyyənləşdirib. Detektivin sözlərinə görə, həbs olunan yoxdur, hücum hansısa bandanın fəaliyyəti ilə əlaqəli deyil.

O, şahidləri gördüklərini polisə danışmağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG