Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:06

Taliban ABŞ-la yeni danışıqlara ‘açıqdır’


Kabildə 17 sentyabr hücumunda yaralanmış kişi

Talibanın təmsilçisi deyir ki, Birləşmiş Ştatlarla danışıqların bərpası üçün “qapılar açıqdır”. Bu açıqlamadan bir neçə saat öncə yaraqlıların Əfqanıstanda törətdiyi hücumlarda ası 48 nəfər öldürülüb.

Birləşmiş Ştatlarla Taliban arasında sülh danışıqlarında minlərlə ABŞ əsgərinin Əfqanıstandan çıxarılması üzrə razılaşma əldə edilmək üzrəydi. Ancaq danışıqlar ötən həftə dayandırıldı. ABŞ Prezidenti Donald Trump Kabildə bir Amerika əsgəri öldürüləndən sonra danışıqların “öldüyünü” bildirdi.

Danışıqlarda Əfqanıstan hökuməti iştirak etməyib.

Talibandan Sher Mohammad Abbas Stanikzai BBC-yə deyib ki, silahlılar danışıqlar gedən vaxt döyüşü davam etdirməklə yanlışa yol verməyiblər. Onun sözlərinə görə, amerikalılar da müzakirələr zamanı minlərlə Taliban üzvünü öldürdüklərini etiraf ediblər.

“Biz tərəfdən qapılarımız danışıqlara açıqdır”, – o deyib.

Sentyabrın 17-də törədilmiş hücumlarda üst-üstə 48 nəfər öldürülüb. Bu, danışıqlar iflas edəndən Əfqanıstandan ən qanlı hücumlar idi. Talibanın məsuliyyəti götürdüyü partlayışlarda onlarla adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG