Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

Sosial Proqres İndeksində Azərbaycan yoxdur


Sosial Proqres İndeksi
Sosial Proqres İndeksi

Dünya üzrə sosial proqresdə yaxşılaşma var. 2014-cü ildən bəri dünyada ortalama göstərici 62,16 baldan 64,47-yə yüksəlib, sosial proqresin 12 komponentindən 8-i üzrə yaxşılaşma qeydə alınıb.

Ümumilikdə 149 ölkədən 137-də sosial proqres üzrə təkmilləşmənin olduğu bildirilir.

Ancaq Sosial Proqres İndeksində Azərbaycan üzrə göstəricilər yer almayıb.

Qonşulardan Gürcüstan 71,34 balla 56, Ermənistan 71,14 balla 59-cu yeri tutub.

Rusiya 69,71 balla 62, İran 65,15 balla 86-cı yerdədir.

ABŞ 83,62 balla 26-cı yerdədir. Birləşmiş Ştatlarda mənfi tendensiya gedib, balı 84,74-dən 83,62-yə düşüb.

Builki reytinqdə birinci yeri 90,95 balla Norveç tutub.

88,84 balla 8-ci olan Almaniya Böyük Yeddiliyin aparıcı ölkəsidir.

İqtisadi inkişafla sosial proqres arasında aydın əlaqə olmasına baxmayaraq, bu əlaqə əhəmiyyətli dərəcədə dəyişir. Yəni, bir ölkənin gəliri heç də həmişə sosial proqresin səviyyəsində əks olunmur, özəlliklə də orta və aşağı gəlirli ölkələrdə.

Müqayisə üçün neftlə zəngin Səudiyyə Ərəbistanı 63,95 balla 90-cı yeri tutub. Reytinqdə 4-cü qrupa orta və azgəlirli ölkələr salınıb. Ancaq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və Səudiyyə Ərəbistanı da bu qrupda yer alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG