Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Qan verən 169 şəxsdə virus aşkar edilib


Qanvermə. Foto arxiv

Bu il sentyabrın 10-da Aşura günü qanvermə kampaniyası çərçivəsində qan vermiş 169 nəfərdə virus aşkar olunub.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

«HİV1/2 (İİV - İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb.44 nəfərdə hepatit B, 76 nəfərdə hepatit C, 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib», - nazirliyin məlumatında bildirilir.

Hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Aşura günü ilə əlaqədar Azərbaycanda bir neçə illərdir ki, könüllü qanvermə kampaniyası keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu il bu aksiyalarda 5809 nəfər iştirak edib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

Xatırlatma

«Aşura» ərəbcə «onuncu gün» deməkdir. Hicri 61-ci ildə Məhərrəm ayının 10-da Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və tərəfdarlarının qətlə yetirilməsi yüz illərdir müsəlman dünyasında faciə kimi qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycanda möminlərə tövsiyə edib ki, Aşura mərasimlərində bədənə zəncir vurmaqdansa, qanvermə kampaniyasına qoşulsunlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG