Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Trump Robert O'Brien-ı milli təhlükəsizlik müşaviri təyin edəcək


ABŞ prezidenti Donald Trump deyir ki, o Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsinə Robert O'Brien-ı seçib.

Trump sentaybrın 18-də Twitter-də yazıb:

“Mən Robertlə uzun müddət, çox işləmişəm. O bu işi əla görəcək!”

O'Brien hazırda Dövlət Departamentində girovlar üzrə prezident nümayəndəsi vəzifəsini tutur.

Trump milli təhlükəsizlik müşaviri vəzifəsinə sentyabrın 10-da John Boltonu istefaya göndərəndən bəri namizəd axtarırdı.

O'Brien 2017-ci ildən bəri Trump-ın təyin etdiyi dördüncü müşavir olacaq.

***

Trump Bolton-un yerinə 5 mümkün namizəd irəli sürür

Sentyabrın 17-də ABŞ Prezidenti Donald Trump milli təhlükəsizlik müşaviri postuna beş mümkün namizədin adını çəkib. Onlardan dördü vaxtilə Milli Təhlükəsizlik Şurasında çalışıb.

Təyyarədə jurnalistlərə danışan Trump milli təhlükəsizlik müşavirinin keçmiş müavini Ricky Waddell-in, hazırda Vitse-prezident Mike Pence-nin təhlükəsizlik müşaviri kimi çalışan Keith Kellogg-un adlarını çəkib.

Girovlar üzrə təmsilçi, Respublikaçı partiyasında xarici siyasət veteranı Robert O’Brien daha bir mümkün namizəddir.

Trump-ın sayca üçüncü milli təhlükəsizlik müşaviri John Bolton ötən həftə işdən çıxarılıb.

Vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış, Milli Təhlükəsizlik Şurasının icraçı katibi olmuş Fleitz daha bir potensial namizəddir. O, İranı tənqid edir, İslam dini üzrə sərt fikirləri ilə fərqlənir.

Digər mümkün namizəd isə Enerji Departamentində nüvə təhlükəsizliyi üzrə katib köməkçisi Lisa Gordon-Hagerty-dir. O da Milli Təhlükəsizlik Şurasında işləyib.

Milli təhlükəsizlik müşavirlərini Senat təsdiqləmir. Onlar müdafiə, təhlükəsizlik, diplomatiya məsələləri üzrə məsləhət verirlər.

Ağ evin sözçüsü Stephanie Grisham sonradan deyib ki, Trump-ın verdiyi tam siyahı deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG