Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Bakı Mətbuat Klubu öz işini bərpa edir


Təqdimat

Bugün, sentyabrın 17-də Bakı Mətbuat Klubunun saytının (pressklub.az) təqdimatı olub. 1998-ci ildə yaradılan Mətbuat Klubu 7 ildən sonra öz fəaliyyətini dayandırmalı olmuşdu.

Mətbuat Klubunun bərpasının təşəbbüsçüsü onun təsisçilərindən biri, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.

A.Əliyev deyib ki, sayt bütün sağlam qüvvələri birləşdirməyə və əməkdaşlığa cəlb etməyə yönəlib. Onun sözlərinə görə, sayt bu və ya digər şəkildə mətbuatla bağlı insanları məlumatlandırmaq, onlara yardım etmək və birləşdirməyə yönəlib. «Bu da özü-özlüyündə bir növ ASAN-Xidmət olacaq», - o qeyd edib.

O habelə bildirib ki, saytda mətbuata dair yerli və beynəlxalq qanunvericilik, jurnalistlər üçün beynəlxalq strukturların təklifləri barədə məlumatlar olacaq. Eyni zamanda, xarici mediada Azərbaycan haqqında dərc edilən yazılar orada yer almalıdır.

A.Əliyevin vurğulamasına görə, saytın işə salınması Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addımdır: «Ümid edirik ki, qarşıdakı müddətdə yer ilə bağlı digər təşkilati məsələlər də həll olunacaq».

Maliyyələşmə ilə bağlı həmkarlarının sualının cavabında A.Əliyev deyib ki, hazırda saytın yaradılması üçün kiçik vəsait lazım gəlib.

Xatırlatma

Bakı Mətbuat Klubunu 1998-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyi, «Turan» agentliyi, «Zerkalo», «Xalq», «525-ci» qəzetlər və ANS televiziyası təsis edib.

Bir il sonra ANS, onun ardınca rəsmi «Xalq» qəzeti təsisçilərin tərkibindən çıxıblar.

Daha sonra Mətbuat Klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmalı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG