Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:43

Xalçaların yarısı anbarları 'bəzəyib'


Prezident İ.Əliyev Xalça Muzeyində

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 1832 kv.m xalça və xalça məmulatları istehsal edilib. İstehsal edilmiş xalçanın yarıya yaxınının anbarlara göndərildiyi vurğulanır.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, xalça və xalça məmulatlarının istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 90 faizdən çox artıb.

Bu il sentyabrın 1-nə anbarlarda hazır məhsul ehtiyatı 2898.8 kv.m təşkil edib.

2018-ci ildə Azərbaycanda 1783,1 kv.m xalça və xalça məmulatları istehsal edilmişdi. İstehsal 2017-ci ilə nisbətən 3 dəfədən çox artmışdı.

Bu ilin əvvəlində hazır məhsul ehtiyatı 1987.6 kv.m təşkil etmişdi. Beləliklə, bu ilin 8 ayında məhsul ehtiyatı 911 kv.m artıb (8 aydakı istehsalın yarısı).

Günün bütün mövzuları

XS
SM
MD
LG