Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Gənc Tamaşaçılar Teatrının tavanı çöküb


Gənc Tamaşaçılar Teatrı

Gənc Tamaşaçılar Teatrının binasının tavanının çökdüyü bildirilir.

«Report»un xəbərinə görə, hadisə bu yaxınlarda baş verib.

Xəbərdə yazıldığına görə, bunu teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva da təsdiqləyib. Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: «Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq».

Bu günlər sosial şəbəkələrdə Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən binanın tavanın çökdüyü barədə məlumatlar yayılmışdı.

Həmin bina Bakıda Nizami küçəsi-72 ünvanda yerləşir. Ötən il Gənc Tamaşaçılar Teatrının yaranmasının 90 illiyi qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG