Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

'1.2 faiz yataqxana təminatı var'-Media icmalı


Xarici tələbələrin Bakıda xoşuna gəlməyən nədi?
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Xarici tələbələrin Bakıda xoşuna gəlməyən nədi?

Müəllimlərin nüfuzu, Azərbaycan universitetlərinin reytinqi, avtomobil idxalının artması və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

«O siyahıda Qazaxıstanın Nazarbayev Universiteti də var»

Yenisabah.az-da «Universitetlər məmurlar tərəfindən idarə olunmamalıdır» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycan ali məktəblərinin reytinqi ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovla söhbətləşib.

Yazıda bildirilir ki, bu yaxınlarda dünyanın ən yaxşı 500 universitetinin adı açıqlanıb. Müəllifin qeyd etməsinə görə, siyahıda Azərbaycan heç bir universiteti ilə təmsil oluna bilməyib: «Bəs bu uğursuzluğun səbəbi nədir? Gələcəkdə hansısa universitetimizin bu siyahıya daxil olmaq şansı varmı?», - müəllif sual edib.

K.Əsədov sayta deyib ki, dünya reytinqinə düşmək üçün pul vəsaitinə və fəaliyyətə ehtiyac var: «Siz o siyahıya baxıb görərsiz ki, o siyahıda Qazaxıstanın Nazarbayev Universiteti də var, Rusiyanın universitetləri də var. Bilirsiz, Türkiyə universitetləri 2001-ci ildən etibarən bir yola çıxdı. Onlar yaxşı mütəxəssis və ekspertləri, yerli və dünya təcrübəsindən başı çıxanları yüksək əməkhaqqı ilə öz universitetlərinə cəlb etdilər...».

Ekspert bu məsələdə bir sıra amillərin də üzərində dayanıb: «Birinci yerdə duran amil həmin ali təhsil müəssisəsində təhsil alanların sayıdır. Hazırda qardaş Türkiyədə təhsil alan xarici vətəndaşların sayı 200 minə çatır. Azərbaycanda isə bu rəqəm 3700-dür. İkincisi, tələbələr üçün yataqxana təminatıdır. Bu il Azərbaycanın 54 təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Amma yalnız bu sayın 1.2 faizini yerləşdirməyə yataqxana təminatı var. Azərbaycanda hazırda yataqxanaların sayı 7-dir. Amma Türkiyədə 260 universitet var. Yataqxana sayı 777-dir...».

Ekspert üçüncü amil kimi də elmi tədqiqatların vacibliyini qeyd edib.

Avtomobil salonu
Avtomobil salonu

«Avtomobil idxalında sürət düşmür»

Marja.az-da «Avtomobil idxalında sürət düşmür -ikiqata yaxın artım» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilib ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində (8 ayda) Azərbaycana 26 min 695 nəqliyyat vasitəsi idxal olunub.

Müəllifi Dövlət Gömrük Komitəsinin (DSK) aylıq hesabatına istinadən yazıb ki, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə çoxdur.

Daha sonra müəllif avtomobil idxalı ilə bağlı bu ilə aid rəqəmləri aylar üzrə təqdim edir: «2019-cu ilin yanvarında 2 min 512 ədəd, fevralında 2 min 657 ədəd, martında 2 min 809 ədəd, aprelində 3 min 717 ədəd, mayında 3 min 890 ədəd, iyununda 3 min 155 ədəd, iyulunda 4 min 234 ədəd, avqustunda isə 3 min 721 ədəd nəqliyyat vasitəsi idxal edilib».

Yazıda qeyd edilib ki, bu il hesabat dövründə Azərbaycana 24 min 88 minik avtomobili, 246 avtobus, 2 min 262 yük avtomobili və 99 xüsusi təyinatlı vasitə gətirilib: «Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust dövründə 12 min 525 ədəd minik avtomobili, 100 ədəd avtobus, min 332 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu».

Müəllim
Müəllim

Müəllim nüfuzunun yüksəldilməsi...

«Azərbaycan» qəzetində «Müəllim nüfuzunun yüksəldilməsi ən böyük uğurdur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir ölkənin inkişafında, vətənə layiqli və savadlı kadrların, mütəxəssislərin yetişdirilməsində müəllimlərin xüsusi rolu var. Yazıda vurğulandığına görə, təhsil islahatının uğurla aparıldığı ölkələrdə müəllim fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının inkişafına xüsusi diqqət yetirilir: «Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş... təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi xüsusi vurğulanıb. 5 strateji istiqamətdən biri kimi «Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması» müəyyənləşdirilib...».

Yazıda habelə qeyd edilib ki, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb. Müəllifin vurğulamasına görə, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb: «Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb».

Yazının sonunda da oxuyuruq: «Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib. 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib ki, onların 25 mini 2018-2019-cu tədris ilinin payına düşür. Cari tədris ilində daha 30 min müəllimin təlimlərə cəlb edilməsi planlaşdırılır».

XS
SM
MD
LG