Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Gəncədə diri quşların satışına qadağa qoyulub


Gəncədə diri quşların satışına qadağa qoyulub. Bu barədə «Azadlıq» radiosuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov məlumat verib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinin göstərişiylə noyabrın 28-dən etibarən şəhər bazarlarında diri quş satmaq qadağandır. Qadağa ev şəraitində saxlanan quşların yumurtasına da aid edililb. Cənab Ələkbərov bu qadağanı «quş qripi» virusuna qarşı profilaktik tədbirlər görülməsiylə izah edir. Onun sözlərinə görə, şəhər yoluxucu xəstəliklər xəstəxanasında da hər ehtimala qarşı çarpayılar və dərman prepartları hazırlanıb.
XS
SM
MD
LG