Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:49

Müsavat qurultaya hazırlaşır


Müsavatın 8-cı qurultayı. 2014

Müsavat Partiyası növbəti IX qurultayına hazırlaşır. Qurultayın bu il oktyabrın 12-də keçirilməsi gözlənir.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. O qeyd edib ki, partiya təşkilatlarının seçki konfransları davam edir və qurultaya təqribən 400-ə yaxın nümayəndənin seçiləcəyi nəzərdə tutulur.

A.Hacılı bildirib ki, qurultayın keçiriləcəyi yer ilə bağlı, hələlik, rəsmi qurumlara müraciət olunmayıb:

“Bir çox rayonlarda partiyanın yerli təşklilatıarının hesabat-seçki konfranslarının gedişinə müdxilələr olub. Buna görə də konfransları müsavatçılar evlərində keçiriblər”, deyə Arif Hacılı vurğulayıb.

Müsavat Partiyası başqanının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bəyan edirlər ki, ölkədə dinc, sivil siyasi faəliyyətə heç bir məneə yoxdur.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılmasında 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə yaxından iştirak edib. 1920-cu ildə Azərbaycanın işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılıb. O zaman bu prosesdə M.Ə.Rəsulzadənin bəzi təşkilat yoldaşları da iştirak edib. Milli Məclisin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilib. O, 2014-cü ilə kimi bu partiyaya rəhbərlik edib. 2014-cü ildə partiyanın XIII qurultayında Arif Hacılı başqan seçilib.

Müsavat Partiyası hazırda müxalifətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG