Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 23:11

Əfqanıstanın üçdə biri qaranlığa qərq olub


Əfqanıstanda daha bir hücumdan sonra

Əfqanıstanda ayrı-ayrı hücumlarda azı 7 nəfər öldürülüb, ölkənin üçdə bir hissəsi isə qaranlığa qərq olub.

Sentyabrın 15-də Farah vilayətində yol kənarına qoyulmuş bomba partladılıb, qadınlar və uşaqlar daxil olmaqla 5 nəfər həlak olub. Bu partlayışa görə məsuliyyəti götürən olmayıb.

Taliban bu vilayətdə fəaldır, bu ayın əvvəlindən Farah şəhərini ələ keçirmək üçün əməliyyat başladıb.

Sentyabrın 16-da Qəzni vilayətində mikroavtobusa bərkidilmiş bomba partladılıb, avtobusun sürücüsü həlak olub.

Loqar vilayətində Talibanla təhlükəsizlik qüvvələri arasında atışmada bir məktəbli qız öldürülüb, daha bir şagird yaralanıb.

Həftəsonu Bağlan vilayətində elektrik xətləri partladıldığından ölkə ərazisinin üçdə birində işıq kəsilib.

Bu hücumlara görə məsuliyyəti götürən olmayıb.

Əfqanıstan ölkədə istifadə olunan elektrikin yalnız 25 faizini istehsal edir, Özbəkistandan elektrikin nəql olunduğu xətlər isə tez-tez hücuma məruz qalır. Nəticədə imkanı çatanlar bahalı dizel generatorları almalı olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG