Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:39

ÜDM artıb


DSK

2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50 mlrd. 875.7 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə bugün, sentyabrın 16-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qurum bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz çoxdur.

DSK bir il əvvəl eyni dövrdə (2018-ci ilin yanvar-avqust aylarında) ölkənin ümumi daxili məhsul istehsalının 0.7 faiz artaraq 50 mlrd. 521.9 mln. manata çatdığını açıqlamışdı.

«İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1.6 faiz artıb», - açıqlamada yazılıb.

Verilən məlumata görə, hazırda ÜDM istehsalının 43.6 faizi sənayenin, 10.3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6.4 faizi nəqliyyat, anbar təsərrüfatı sahələrinin, 6 faizi tikintinin, 5.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 2.5 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1.8 faizi də informasiya və rabitə sahələrinin payına düşüb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5145.1 manata bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG