Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:40

Snowden Fransadan sığınacaq istəyir


Edward Snowden

ABŞ Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edward Snowden Fransa Prezidenti Emmanuel Macron-u ona sığınacaq verməyə çağırır.

Memuar dərc etməyə hazırlaşan Snowden 2013-cü ildən Rusiyada yaşayır. O, ABŞ kəşfiyyat agentliklərinin gizli nəzarət proqramlarını açıqlayandan sonra bu ölkəyə sığınıb.

Sentyabrın 16-da Fransanın “Inter” radiosuna müsahibəsində o deyib ki, “informasiya sızdıranları qorumaq düşmən hərəkəti deyil” və o, Fransada qorunma statusu almaq hüququ olduğunu hiss edir.

Snowden 2013-cü ildə, Francois Hollande-nın prezidentliyi dövründə Fransada sığınacaq üçün müraciət edib, ala bilməyib. O, bir sıra digər ölkələrdən də sığınacaq istəyib.

Snowden-in memuarı sentyabrın 17-də Fransa daxil olmaqla 20-dək ölkədə çıxmalıdır.

Fransanın prezident idarəsi məsələni şərh etməyib.

Ədliyyə naziri Nicole Belloubet ona sığınacaq verməyə tərəfdar olduğunu deyib, ancaq bunun şəxsi fikri olduğunu vurğulayıb.

Bir çox insan haqları fəalları Snowden-ə qəhrəman kimi baxsalar da, Birləşmiş Ştatlar onu casusluğa görə mühakimə etmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG