Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 23:11

Rusiya altı ölkəylə irimiqyaslı təlimə başlayır


MDB ölkələrinin birgə hərbi təlimləri, 5 sentyabr, 2019-cu il

Sentyabrın 16-da Rusiya ordusu illik strateji və əməliyyat təliminə başlayır.

Sentyabrın 21-dək davam edəcək təlimlərə Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan hərbi qüvvələri də qoşulur.

İllik təlimlər adətən rotasiya olunur və builki təlimlər Mərkəzi Birgə Strateji Komandanlığına (BSK) fokuslanır. Digər komandanlıqlar Qərb, Şərq və Qafqazı əhatələyir.

Rusiya 2008-ci ildə ordusunu yeniləməyə başlayandan Mərkəzi BSK iki dəfə – 2011 və 2015-ci illərdə təlim keçirib.

Müdafiə naziri Sergei Shoigu deyib ki, təlim üçüncü ölkəyə qarşı deyil və “əksterror” əməliyyatlarına fokuslanır.

Jamestown Fondunun təhlilinə görə, builki təlim Mərkəzin indiyədək keçirdiyi ən böyük məşqlər olacaq, “128 min heyət, 20 min avadanlıq və silah, 600 təyyarə və vertolyot, 15 hərbi gəmi cəlb olunacaq”.

2015-ci ildə təlimə 95 min heyət üzvü qatılmışdı və Rusiyanın Suriyada əməliyyatlarına hazırlıq üçün istifadə olunub.

Mərkəz 2019 təlimi isə “dövlətlərarası müharibə deyil, əksterror əməliyyatlarına hazırlığa bənzəyir və son illər Rusiya strateji təlimləri bu xarakterli olub”, – Jamestown Fondu yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG