Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:17

Özbəkistan Türk Şurasına üzv olmaq istəyir


Türk Şurasının ötənilki sammiti
Türk Şurasının ötənilki sammiti

Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq üçün rəsmən müraciət edib.

“Özbəkistan Türk Şurasına qoşulmaq üçün qətnamə qəbul edib və Özbəkistan hökumətinin rəsmi müraciəti şuranın katibliyinə daxil olub”, – Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu sentyabrın 12-də deyib. O, üzvlük prosesinin yaxın gələcəkdə tamamlanacağını sözlərinə əlavə edib.

Türk Şurası 2009-cu ilin oktyabrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılıb.

Özbəkistan quruma qoşulmaq niyyətini ötən ilin aprelində açıqlamışdı. Ölkə Prezidenti Shavkat Mirzioyev 2016-cı ildə sələfi Islam Karimov-un vəfatından sonra vəzifəyə keçəndən qonşuları ilə əlaqələr yaratmağa, təkmilləşdirməyə çalışır.

Karimov-un 27 illik avtokratik idarəçiliyi dövründə bu ölkənin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla münasibətləri gərgin olub, nəqliyyat marşrutları, sərhəd təhlükəsizliyi, su resursları, digər məsələlərlə bağlı mübahisə yaranıb.

Türk Şurasının ötən ilin sentyabrında Qırğızıstanda keçirilən sammitində Macarıstan təşkilata müşahidəçi kimi qoşulub.

Sentyabrın 19-da Budapeştdə Türk Şurasının Avropa ofisi açılmalıdır.

XS
SM
MD
LG