Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Rusiyanı dil müxtəlifliyini qorumağa çağırırlar


Albert Razin-lə vida mərasimi
Albert Razin-lə vida mərasimi

Human Rights Watch (HRW) insan haqları təşkilatı Rusiya hökumətini ölkədəki etnik və linqvistik azlıqların üzləşdiyi “dərin köklü problemləri” həll etməyə çağırıb. Bundan öncə Rusiyanın dil siyasətinə etiraz edən etnik udmurt alim və fəal özünü yandırıb və vəfat edib.

Rusiya “öz dil siyasətini yenidən dəyərləndirməli, birbaşa və dolayısı diskriminasiyanı ləğv etməli, linqvistik müxtəlifliyin kökünü kəsən siyasətini dəyişməlidir”, – HRW sentyabrın 12-də yaydığı bəyanatda deyib.

https://www.hrw.org/news/2019/09/12/self-immolation-highlights-controversy-over-cultural-rights-russia

“Rusiya hökuməti Baltik ölkələri və Ukraynada rusdilli əhalinin hüquqları sarıdan narahatlığını bildirməkdən çəkinməyib. Ancaq ölkədə Rusiya hökumətinin fərqli qaydalarla oynadığı görünür”, – Nyu Yorkda mənzillənən qurum bildirib.

“Heç də hər şey yaxşı deyil”

İki gün öncə udmurt alim Albert Razin Udmurtiya regionunun paytaxtı İjevsk şəhərində parlament qarşısında özünü yandırandan sonra xəstəxanada keçinib. Onun əlində tutduğu plakatda yazılmışdı: “Mənim dilim sabah öləcəksə, mən bu gündən ölməyə hazıram”.

Rusiya ötən il regionda yerli dillərin məcburi tədrisini ləğv edən qanun qəbul edib. Bu qanun etirazla qarşılansa da, rəsmilər məqsədin linqvistik müxtəlifliyi məhv etmək olmadığını, adamlara doğma dillərini öyrənməyə şərait yaradıldığını vurğulayıblar.

Udmurt fəalların fikrincə, Razin-in ölümü Rusiyanın və bütün dünyanın diqqətini udmurt dili ətrafındakı fəlakətli vəziyyətə çəkir.

Prezident Vladimir Putinin insan haqları şurasının üzvü olan Andrei Babushkin isə hesabatında bildirib ki, “insan haqları fəalları Udmurtiyada durumun digər regionlardan daha yaxşı olmasına inanırlar”.

Ancaq Razin-in özünü yandırması regionda “heç də hər şeyin yaxşı olmadığını” göstərib, Babushkin əlavə edib.

Udmurt dili fin-uqor dilləri ilə yanaşı Ural dilləri qrupuna daxildir.

Bu dildə danışanların sayı 2002-ci ildə 463 min, 2010-cu ildə isə 324 min nəfər olub.

Udmurt icmasının təxminən 560 min üzvü var, əsasən Volqa regionu, Qazaxıstan və Estoniyada yaşayırlar.

XS
SM
MD
LG