Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 03:50

Nazir Statistika Komitəsi ilə 7 dəfə fərqdən danışdı


M.Cabbarov

«Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir».

«Report» xəbər verir ki, bunu Bakıda keçirilən «Kölgə iqtisadiyyatına qarşı mübarizə - İqtisadi inkişafın mühüm amili kimi» adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub: «2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi (DSK) ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir. Bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln. manat artıq olub. Bu da proqnoz tapşırığın 112 faiz icra edilməsi deməkdir».

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: «Bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa, bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78 faizi özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi, əsasən, ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq, əməkhaqqının həcmi 20 faizədək artıb».

Fazil Mustafa: "Azərbaycanı yalançı statistikadan çıxarmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

+++

Bugün, sentyabrın 13-də Bakıda «Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Tədbir Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

AZƏRTAC-ın xəbərinə görə, konfransda Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən ixtisaslaşmış alimlər iştirak edir.

Konfransda 30-dək təqdimat dinləniləcək və müzakirələr aparılacaq.

2018-ci ildən etibarən Azərbaycanda ən yüksək səviyyələrdə kölgə iqtisadiyyatı ilə mübarizədən danışırlar.

Müstəqil iqtisadçılar hesab edirlər ki, hazırda Azərbaycan iqtisadiyyatının təqribən 70 faizi «kölgə»də qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG