Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Trump Talibanın ‘daha möhkəm’ vurulacağını deyir


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump Taliban silahlı qruplaşmasının həmişəkindən “daha möhkəm” vurulacağını vəd edir. Trump ABŞ-da 2001-ci il 11 sentyabr terrorunun 18-ci ildönümündə çıxış edib.

Terrorda öldürülmüş 3 minədək qurbanın adına Pentaqonda anım mərasimi keçirilib. Bu tədbirdən bir neçə gün öncə Trump Talibanla sülh danışıqlarının “öldüyünü” açıqlayıb.

Son dörd gündə ABŞ qüvvələri “düşməni əvvəlkindən daha bərk vurublar və bu davam edəcək”, Trump vurğulayıb.

Prezident yaraqlılara Birləşmiş Ştatlar üzərinə bir daha hücum etməməklə bağlı xəbərdarlıq edib.

Trump-ın sözlərinə görə, ABŞ-ın hərbi reaksiyası “indiyədək olduğundan fərqli” olar, ancaq o, nüvə silahlarından istifadəni nəzərdə tutmadığını sözlərinə əlavə edib.

Bu arada 2001-ci il terrorunu həyata keçirmiş Al-Qaeda terror şəbəkəsinin lideri Ayman al-Zawahiri videomüraciətində bu hücumları “İsrail və onun Amerika, Britaniya, Fransa, Rusiya və Avropa müttəfiqlərinə” qarşı gerçəkləşdirildiyini söyləyib.

Zawahiri 2011-ci ildə Al-Qaeda rəhbəri elan olunub. Bu, Osama bin Laden Pakistanda ABŞ xüsusi qüvvələri tərəfindən öldürüləndən sonra baş verib.

11 sentyabr çıxışında Trump bir daha vurğulayıb ki, Talibanla ötən həftəki sülh danışıqlarını silahlı qruplaşmanın Kabildəki hücumuna görə təxirə salıb. Həmin hücumda bir ABŞ əsgəri və daha 11 nəfər öldürülmüşdü.

Talibanla Qətərdə danışıqların doqquz raundu keçirilmiş, ABŞ-ın sülh elçisi Zalmay Khalilzad silahlılarla sazişin “prinsipcə” razılaşdırıldığını bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG