Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:59

Dağlarda yağıntı gözlənir


Yağış

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG