Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Sentyabr, bazar, Bakı vaxtı 09:40

HRW belaruslu kinorejissora ‘homofobik’ hücumu pisləyir


Mikalai Kuprych

Human Rights Watch (HRW) insan haqları təşkilatı Belarus hakimiyyətini sənədli filmlər rejissoru Mikalai Kuprych-ə ötənaykı qəddar hücumla bağlı ədaləti təmin etməyə çağırıb. Qurum bildirir ki, hakimiyyət ölkənin lesbian, gey, biseksual və transgender (LGBT) icmasını “homofobik zorakılığa dözümlü yanaşma göstərilməyəcəyindən” əmin etməlidir.

25 avqust hücumundan iki həftə sonra şübhəli saxlanıb. Hücumdan sonra Kuprych bir neçə gün xəstəxanada yatıb, o, başından zədə almış, burnu sındırılmışdı.

Rejissorun üzləşdiyi yaddaş itkisini də həkimlər aldığı zədələrlə izah edirlər, HRW sentyabrın 12-də bəyanatında bildirib.

Nyu Yorkda mənzillənən qurumun LGBT hüquqları üzrə tədqiqatçısı Kyle Knight polisi hücumu “sürətlə və qərəzsiz” araşdırmağa çağırıb.

Belarusun İstintaq Komitəsi sentyabrın 3-də “xuliqanlıq” maddəsi ilə cinayət işi açıldığını bildirib, dörd gündən sonra şübhəli saxlanıb. Kuprych 19 yaşlı şəxsin ona hücum etdiyini söyləyib.

HRW bildirir ki, Belarus eynicinsli davranışı kriminallaşdırmasa da, seksual oriyentasiya, yaxud gender əsaslı diskriminasiyaya qarşı “hüquqi qoruma” da təmin etmir.

Kuprych Belarusda LGBT icması haqda sənədli film üzərində işləyir və filmin ilin sonuna buraxılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG