Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:15

Ukraynanın ən böyük bankında polis reyd keçirib


Privat Bank-ın baş ofisi

Polis Ukraynanın ən böyük bankı olan PrivatBank-da cinayət təhqiqatı çərçivəsində reyd keçirib.

Sentyabrın 11-də bankın Dneprdəki baş ofisində keçirilmiş reyddə xüsusi polis qüvvələri iştirak edib. Reydin məhkəmə qərarı əsasında aparıldığı bildirilir.

Məlumata görə, reyd bank rəsmilərinin yerli və beynəlxalq şirkətlərlə razılaşma bağlayarkən səlahiyyətlərini aşıb-aşmamaması üzrə istintaqla bağlı olub.

PrivatBank 2016-cı ildə Beynəlxalq Valyuta Fondunun dəstəyilə milliləşdirilib. O zaman riskli kredit ayırmalar bankda milyardlarla dollar nağd pul qıtlığı yaratmışdı.

Yenidən milliləşdirilmə zamanı dövlət banka 6 milyard dollar yaxın pul vəsaiti köçürüb.

Bankın qurucusu, oliqarx Ihor Kolomoisky bankı yenidən nəzarətinə almaq niyyətini gizlətmir.

Kolomoisky Petro Poroshenko-nun prezidentliyi dövründə təhqiqatlara və hökumətin təzyiqinə məruz qalıb. O, Volodymyr Zelenskiy apreldə president seçiləndən sonra ölkəyə qayıdıb.

Sözügedən reyddən bir neçə gün öncə Zelenskiy və Kolomoisky görüşüblər.

Zelenskiy indiyədək Kolomoisky-yə PrivatBank-a sahibliyi qaytaracağı barədə deyilənləri təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG