Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

'Azadlıq' qəzetinin müxbiri məhkəməyə hazırlaşır


T.Mirələmli

«Azadlıq» qəzetinin əməkdaşı Təzəxan Mirələmli bugün, sentyabrın 11-də polis zorakılığı ilə üzləşdiyini bildirir. O, AzadlıqRadiosuna bunları söyləyib: «AXCP fəalı Ruslan Əmirlinin məhkəməsi ilə bağlı Yasamal rayon Məhkəməsi önündə toplaşmışdıq. Polislər gəldilər, orada kiçik bir çayxana var idi, hamını, o cümlədən jurnalistləri də çayxanaya girməyə məcbur edirdilər. Məndən də tələb etdilər ki, çayxanaya girim. Mən də bunun səbəbini soruşdum. Polis isə mənə «tabe olmursan» cavabını verdi. Mən də dedim ki, «izah et, tələbin qanunidir, yoxsa qeyri-qanunidir?». Yəni nədir ki, tabe olmuram? Məni itələdi, yıxıldım...».

T.Mirələmli deyir ki, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edib, amma ona cavab verməyiblər, hazırda məhkəməyə müraciət etmək istəyir: «Məhkəməyə üz tutacam. Görüm onlar buna nə deyir?».

«Azadlıq» qəzetinin əməkdaşının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bugün, sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Cəbhəçi xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb. Partiya ittihamla razılaşmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG