Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:37

İranda 3 avstraliyalı saxlanıb


Scott Morrison

Sentyabrın 11-də Avstraliya hökuməti İranda üç vətəndaşının saxlandığını təsdiqləyib. Onlardan ikisinin ikili vətəndaşlığı var. Saxlananların ailələrinə yardım göstərildiyi bildirilir.

Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti gizlilik səbəblərindən əlavə informasiya verməyib.

Britaniya və Avstraliya mediası isə həmin üç nəfərin bir müddətdir İranda dəmir barmaqlıqlar arxasında olduğunu xəbər verib.

Avstraliyanın ABC televiziyasının bildirməsinə görə, bir Britaniya-Avstraliya vətəndaşı olan qadın bir ilə yaxındır, bir cütlük isə təxminən 10 həftədir həbsdədir.

Britaniyanın “The Times” qəzeti qadının akademik olduğunu, ona 10 il həbs cəzası kəsildiyini, ittihamların aydın olmadığını yazır.

İranda 10 il həbs cəzası adətən casusluğa görə kəsilir.

İki qadının Tehrandakı Evin həbsxanasında saxlandığı güman edilir. Əslən İrandan olan Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe 2016-cı ildən casusluq ittihamıyla həmin həbsxanada cəza çəkir.

Bu həbslər İranla Qərbin münasibətlərinin gərginliyi bir dönəmə təsadüf edir.

Avstraliyanın Baş naziri Scott Morrison ötən ay bildirib ki, ölkəsi Hörmüz boğazında ABŞ-ın rəhbərlik edəcəyi patrul xidmətinə qoşulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG