Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Alibaba şirkətinin rəhbəri istefa verib


Jack Ma

Alibaba Group-un qurucusu Jack Ma şirkət sədrliyindən istefa verib. "The Associated Press" agentliyi bu istefanın dünyanın ən böyük elektron ticarət şirkətinin ABŞ-Çin tarif müharibəsindən dolayı üzləşdiyi qeyri-müəyyənlik dövrünə təsadüf etdiyini yazır.

Çinin ən varlı və tanınmış sahibkarlarından olan Ma 55 yaşında istefa verib. O, “Alibaba Partnership”in üzvü olaraq qalacaq. 36 üzvü olan bu qrup şirkətin direktorlar şurasının əksər üzvlərini təyin etmək hüququnu saxlayır.

Keçmiş ingilis dili müəllimi olan Ma Alibaba-nı 1999-cu ildə Çinin ixracatçılarını Amerika ticarətçiləri ilə əlaqələndirmək məqsədilə yaradıb.

Şirkət Çinin artan istehlakçı bazarını hədəfləyib, onlayn bankçılıq, əyləncə, bulud hesabları sahələrinə genişlənib. Ikinci rübdə şirkətin 16,7 milyard dollarlıq gəlirinin 66%-i yerli biznesdən gəlib.

ABŞ-dan idxal bahalandıqca Çində pərakəndə satış üçün qeyri-müəyyən dövr başlanıb.

2019-cu ilin birinci yarısında onlayn satışda artım 17,8 faizədək yavaşıyıb. Çinin iqtisadi artımı da yavaşıyır, 2018-ci ilin tam artım səviyyəsi 23,9 faiz olmuşdu.

Alibaba ikinci rübdə gəlirinin bir il öncəylə müqayisədə 42% artaraq 16,7 milyard dollara çatdığını, mənfəətinin isə 145% artaraq 3,1 milyard dollar olduğunu bildirir. Ancaq bu, 2018-ci ilin 51 faizlik gəlir artımından azdır.

Ötən il Alibaba-nın elektron ticarət platformalarında satdığı malların ümumi həcmi 25% yüksələrək 853 milyard dollara çatıb. Müqayisə üçün, ABŞ-ın ən böyük e-ticarət şirkəti olan Amazon.com Inc. 277 milyard dollarlıq məhsul satıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG