Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 00:24

Rusiyada Navalny-nin ofislərində axtarış aparılır


Aleksei Navalny

Rusiyanın bir neçə şəhərində Kremlin tənqidçisi Aleksei Navalny-nin ofislərində reyd keçirilib. Məlumatı onun həmkarları və insan haqları fəalları yayıb.

Fondun layihə meneceri Leonid Volkov sentyabrın 10-da tvitində yazıb ki, qurumun Ufa, Perm və Samarada ofislərində axtarış olub.

Bu üç şəhərdə fondun üzvlərinin evləri də axtarılıb. Volkov bu reydlərin çirkli pulyuma üzrə cinayət işilə bağlı olduğunu yazıb.

“Agora” insan haqları qrupunun lideri Igor Chikov Navalny-nin Saransk və Çelyabinsk şəhərlərindəki ofislərində də axtarış aparıldığını bildirib.

Ötən həftə və avqustun əvvəlində Moskva və Sankt Peterburqdakı ofislərdə reyd keçirilmişdi. O zaman İstintaq Komitəsi Navalny-nin fondunun çirkli pulyumada şübhəli bilindiyini, bu məsələ üzrə istintaq başlandığını bildirmişdi.

Navalny və komandası isə iddianı rədd edib, hakimiyyətin fondun filiallarının maliyyə dəstəyini kəsməyə çalışdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG