Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 09:39

Trump Normandiya danışıqlarına qoşulmağa hazırdır


Donald J. Trump

ABŞ Prezidenti Donald Trump Ukraynanın şərqindəki münaqişəni bitirməyi hədəfləyən Normandiya danışıqlarına qoşulmağa qarşı olmadığını deyir. Bu formata Almaniya, Fransa, Ukrayna və Rusiya daxildir.

Trump sentyabrın 9-da “Amerikanın səsi”nə deyib ki, əgər o, iştirakçılara lazımdırsa, danışıqlara qoşulacaq.

“İnanıram ki, Rusiyayla Ukrayna arasında məhbus mübadiləsinin baş verməsi… çox böyük, çox müsbət addımdır. Əgər mən onlara lazımamsa, qoşularam”, – Trump deyib.

Fransa, Almaniya və Ukrayna bu ayın sonuna danışıqlar keçirməyə çağırır. Rusiya isə bildirib ki, görüşdən öncə “konkret addımlar” atılarsa, görüşə hazırdır.

Sonuncu dəfə Normandiya formatında danışıqlar 2016-cı ildə olub.

Ukrayna Moskvanı ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə ittiham edir. Rusiya isə bunu danır, müharibəni daxili məsələ adlandırır.

BMT bu münaqişədə 13 mindən çox adamın öldürüldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG