Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Daha iki nəfər qarayaraya yoluxub


Sabirabad Rayon Mərkəzi Xəstəxanası
Sabirabad Rayon Mərkəzi Xəstəxanası

Ət satışı ilə məşğul olan Sabirabad rayonunun iki sakini qarayara xəstəliyinə yoluxub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, xəstəliyə yoluxanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər.

Bildirildiyinə görə, kəsilən heyvanın ətində qarayara xəstəliyi aşkar olunub. Hadisənin Qaragüney kəndində baş verdiyi açıqlanıb. «Xəstəliyə yoluxanlar 34 və 26 yaşlarında şəxslərdir, həkimlər onlara qarayara diaqnozu qoyublar», - nazirlikdən deyilib.

Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırlatma

Bu ilin iyulunda Sabirabad rayonunda iki şəxsin də qarayaraya yoluxduğu aşkarlanmışdı. Verilən məlumata görə, onlardan biri Bakıya gətirilsə də, həmin şəxsin həyatını xilas etmək mümkün olmamışdı. Qarayara xəstəliyinə yoluxan heyvanın ətindən istifadə qəti qadağandır.

XS
SM
MD
LG