Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:05

ABŞ və Türkiyə Suriyada patrul əməliyyatı keçiriblər


Patrul əməliyyatı

ABŞ və Türkiyənin silahlı qüvvələri sentyabrın 8-də Suriyanın Fərat çayından şərqdə yerləşən rayonlarında birgə quru patrul əməliyyatı keçiriblər. Türkiyənin “Anadolu” agentliyi bu ərazidə “təhlükəsizlik zonası” yaradılacağını xəbər verir.

Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatda Türkiyənin Akçakale rayonundan Suriyaya getmiş zirehli transportyorlar iştirak edib.

Plan mübadiləsindən sonra birgə türk-amerikan hərbi konvoyu Suriyanın şimalında Təl-Əbyad şəhərinə yollanıb. Türkiyə sərhədinə qayıdanda isə patrul karvanını vertolyotlar və dronlar müşayiət edib.

Patrul missiyası 3 saatadək çəkib.

ABŞ və Türkiyə avqustun əvvəlində Suriyanın şimalında “təhlükəsizlik zonası” yaratmaqla bağlı razılaşma əldə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG