Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

İranın neft tankeri axır ki yükünü boşaldıb


Adrian Darya 1 Tartus yaxınlığında

İran Britaniyanın iyulda saxladığı, ABŞ hakimiyyətinin axtardığı neft tankerinin yükünü boşaltdığını bildirib. “Adrian Darya neft tankeri nəhayət Aralıq dənizi sahilinə yan alıb və yükünü boşaldıb”, – ölkənin rəsmi xəbər agentliyi sentyabrın 8-də Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavi-yə istinadla yazıb.

Qərb 2 milyon barrel neftin sanksiyaları pozaraq Suriyaya istiqamətləndiyindən narahat idi. İran isə bu iddianı təkzib edib.

Adrian Darya 1 bir Aydan çox Cəbbərültariqdə saxlanmış, avqustun ortasında buraxılmışdı. Tanker ötən həftə Suriya sahilləri yaxınlığında transponderlərini söndürmüşdü.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton sentyabrın 7-də tvitində tankerin Suriyanın Tartus liman şəhəri yaxınlığında fotosunu paylaşıb. “Adrian Darya-1-in Suriyaya getmədiyini deyənlər təkzib olunur”, – Bolton Twitter-də yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG