Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Rusiya Facebook, Google-dan narazıdır


Rusiyalı səs verir, 8 sentyabr, 2019-cu il
Rusiyalı səs verir, 8 sentyabr, 2019-cu il

Rusiyanın Roskomnadzor kommunikasiyaya nəzarət orqanı Google və Facebook texnologiya nəhənglərini siyasi müdaxilədə ittiham edir. Bu şirkətlərin seçki günü, ondan qabaq siyasi reklamlar göstərdiyi iddia olunur.

Bu hərəkətlərin “qəbulolunmaz” olduğu, ölkənin “suveren işlərinə müdaxilə” hesab oluna biləcəyi vurğulanır.

Sentyabrın 8-də Moskva şəhər şurasına, Rusiyanın 83 regionu və şəhərində seçki keçirilib.

Moskvanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda da seçki təşkil.

Qanunvericilik seçki günləri, ondan öncəki gün siyasi reklamları qadağan edir.

Roskomnadzor bildirir ki, Facebook və Google-dan həmin günlər siyasi reklam göstərməməyi xahiş edib.

Şirkətləri hələlik, bu bəyanata şərh verməyiblər.

Roskomnadzor hansısa cəza tədbirinin görülüb-görülməyəcəyini açıqlamayıb.

Roskomnadzor avqustda Google şirkətini yaydakı etirazların təbliğindı ittiham etmişdi. Etirazlar seçkiyə müstəqil və müxalifət namizədlərinin buraxılmamasına qarşı keçirilirdi.

Google şirkətinin YouTube videopaylaşım platforması isə yürüşləri təbliğ etməkdə suçlanıb. Bu iddialar avqustun 10-da Kremlə qarşı son 80 ilin ən böyük etiraz yürüşündən sonra səsləndirilmişdi.

Moskva ABŞ hökumətini və Almaniyanın Deutsche Welle (DW) dövlət yayımçısıcı etirazları həvəsləndirməkdə ittiham edib.

DW və Birləşmiş Ştatlar isə iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG