Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:01

“Dorian”dan ölənlərin sayı 30-a çatıb


Florida sahilləri

Bahamalarda “Dorian” qasırğasından ölənlərin sayı 30-a çatıb. Məlumatı ölkənin Səhiyyə naziri Duane Sands “AP” agentliyinə verib.

O, ölü sayının növbəti günlərdə “ciddi şəkildə artacağını” deyib, çünki axtarış və xilasetmə işləri davam edir.

BMT-nin humanitar məsələlər üzrə rəsmisi Mark Lowcock deyib ki, 70 minədək adama “dərhal həyat əhəmiyyətli yardım” gərəkdir.

Mayamidə mənzillənən Milli Qasırğa Mərkəzi qasırğanın artıq Şimali Karolina sahillərinə yönləndiyini bildirib. Bu ştatın cənubunda yerləşəm Sausport şəhərində elektrik kəsilib.

Hazırda Dorian-ın saatda 20,8 km sürətlə şimal-şərqə yol aldığı, maksimum gücünün saatdan 160 km-ə çatacağı bildirilir.

Ağ evin məlumatına görə, Prezident Donald Trump qasırğayla bağlı baş verənləri “yaxından monitorinq” edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG