Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Konqresmenlər Rusiyanın azad seçki keçirə ‘bilməməsini’ pisləyirlər


Moskvada etirazçı, 17 avqust, 2019-cu il

Birləşmiş Ştatlarının iki aparıcı konqresmeni Rusiyanın bu həftəsonu Moskvada və Sankt Peterburqda “azad seçki keçirə bilməməsini”, “etirazçılara divantutması”nı pisləyib. Bəyanat sentyabrın 5-də yayılıb.

Nyu Yorkdan demokrat konqresmen Eliot Engel və Texasdan respublikaçı Michael McCaul bəyanatda deyirlər ki, azad seçki tələbiylə keçirilən yürüşlər və “Kremlin buna verdiyi reaksiya Rusiya xalqının Vladimir Putinin tiranlığından yorulmasına daha bir sübutdur”.

Konqresmen Eliot Engel
Konqresmen Eliot Engel

Onlar Rusiyanı “dinc nümayişçilərə qarşı bütün zorakılıqları dayandırmağa” çağırıblar.

İyuldan başlayaraq Moskva və digər şəhərlərdə müstəqil və müxalifət namizədlərinin sentyabrın 8-də Duma seçkilərinə buraxılmamasına etirazlar keçirilir. Həmin gün Moskva şəhər şurasına və Sankt Peterburq şəhər şurasına seçkilər təşkil olunmalıdır.

Sentyabrın 5-də isə polis Kremlin tənqidçisi Aleksei Navalny-nin üç ofisində reyd keçirib.

Rusiyada etirazlar zamanı yüzlərlə adam saxlanıb, bəzilərinə həbs cəzası kəsilib.

Sentyabrın 5-də təxminən 300-dək etirazçı Sankt Peterburqda icazəsiz nümayişə çıxıb. “Fontanka” onlayn xəbər saytının yazmasına görə, Yevgeny Musin adlı etirazçı əlində 4 min vərəqəylə tutulub. Vərəqələrdə etirazçılar indiki qubernator, Prezident Vladimir Putinin müttəfiqi Aleksandr Beglov-a səs verməyə çağrılır.

Sankt Peterburq qubernatoru vəzifəsinə ilkin olaraq 28 nəfər namizədliyini açıqlasa da, onların yalnız üçü təsdiqlənib.

XS
SM
MD
LG