Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:07

ABŞ Dövlət katibinin müavini Tbilisiyə gedir


Tbilisi Beynəlxalq Konfransı, 2017-ci il

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Phillip Reeker sentyabrın 6-10-da Gürcüstana səfər edəcək, 2019-cu il Tbilisi Beynəlxalq Konfransına qatılacaq.

Dövlət Departamentinin məlumatına görə, o, “regional təhlükəsizlik ekspertləri, gürcüstanlı siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, biznes cameəsi ilə Gürcüstanın demokratiq proqresi və transatlantik niyyətlərinə təsir göstərən məsələləri müzakirə edəcək, ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini gücləndirəcək”.

Reeker Gürcüstan hökumətinin aparıcı rəsmiləri, deputatlar, vətəndaş cəmiyyəti qruplarının üzvləri ilə də görüşəcək.

Hər il keçirilən Tbilisi Beynəlxalq Konfransının məqsədi “Gürcüstanı transatlantik gündəmdə və demokratik proqres yolunda saxlamaqdır”, –Gürcüstanda mənzillənən, tədbirin təşkilatçılarından olan İqtisadi Siyasət Tədqiqatları Mərkəzi bildirir.

Tədbirin digər təşkilatçısı Arizona Dövlət Universitetindəki McCain Beynəlxalq İdarəçilik İnstitutudur.

Reeker Tbilisiyə gedərkən sentyabrın 6-da yolüstü Münhenə dəyəcək, ABŞ Baş Konsulluğunda həmkarları ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG