Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 22:14

Erdogan miqranlara ‘qapıları açmaqla’ hədələyir


İzmirdə suriyalı qaçqın qız
İzmirdə suriyalı qaçqın qız

Türkiyə Prezidenti Recep Tayyip Erdogan miqrant axınının idarə edilməsində daha geniş beynəlxalq yardım tələb edib. O, Suriya qaçqınları üçün sərhəddə “təhlükəsiz zonalar” yaratmaq planı gerçəkləşməzsə, Avropaya yolları yenidən açmaqla hədələyib.

Əlavə kömək göstərilməsə, Türkiyə “qapıları açmağa məcbur qalacaq”, – o, Ankarada televiziyayla yayımlanan çıxışında deyib.

“Ya dəstək verməlisiniz, ya da təəssüf edirəm, biz yalnız bu qədərinin öhdəsindən gələ bilirik”, – Erdogan sözlərinə əlavə edib.

Recep Tayyip Erdogan Ankarada Zəfər bayramında, 30 avqust, 2019-cu il
Recep Tayyip Erdogan Ankarada Zəfər bayramında, 30 avqust, 2019-cu il

Suriyada 8 ildir gedən müharibə nəticəsində 3 milyondan çox qaçqın Türkiyəyə sığınıb. Bu, Türkiyə iqtisadiyyatı üçün böyük gərginlik yaradıb.

Bundan başqa Türkiyədə yüzminlərlə iraqlı, əfqan qaçqın da yaşayır.

2016-cı ildə Ankara Avropa Birliyi ilə milyardlarla dollar qarşılığında miqrant axınını önləməyə razılaşma əldə edib.

O vaxtdan Avropaya gedən miqrantların sayı azalıb, ancaq son vaxtlar Aralıq dənizi sahillərinə gedənlər çoxalıb.

Türkiyə prezident sentyabrın 5-də etdiyi çıxışında deyib ki, ölkəsi miqrantları saxlamağa 40 milyard dollar xərcləyib. O, Avropa və Qərbin öz vədlərinə əməl etmədiyini vurğulayıb.

“Ya bu baş verməlidir, ya da biz qapıları açmalı olacağıq. Ya bizə dəstək verməlisiniz, ya da bizi bağışlayın, bu yükü tək çəkən deyilik. Biz beynəlxalq ictimaiyyətdən, ələlxüsus da Avropa Birliyindən kömək ala bilməmişik”, – Erdogan deyib.

O əlavə edib ki, Türkiyə 1 milyon suriyalının Türkiyə-Suriya sərhədində təhlükəsiz zonaya qayıtmasını istəyir. Bu arada Suriya Prezidenti Bashar al-Assad özəlliklə yaşayış ərazilərində hökumətə qarşı çıxan yaraqlılarla savaşır.

XS
SM
MD
LG