Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Məhkəmə MH17 şübhəlisini buraxmağa qərar verib


Volodymyr Tsemakh
Volodymyr Tsemakh

Kiyevdə məhkəmə Niderland prokurorlarının Malayziya təyyarəsinin vurulmasına birbaşa bağlı olduğunu düşündüyü Volodymyr Tsemakh-ın həbsdən buraxılması haqda qərar çıxarıb. Söhbət beş il öncə Ukraynanın şərqində vurulmuş Malayziya Hava Yollarına məxsus MH17 reysinin vurulmasından gedir.

Kiyev Apellyasiya Məhkəməsi sentyabrın 5-də onun heç yerə getməmək iltizamıyla buraxılmasına qərar verib.

Ukrayna vətəndaşı olan Tsemakh-ın təyyarənin vurulduğu əraziyə yaxın şəhərdə Rusiyanın dəstəklədiyi separatçıların havadan müdafiə bölümünə rəhbərlik etdiyi bildirilir.

2014-cü ilin iyulunda Amsterdamdan Kuala Lampura uçan təyyarədə 298 nəfər həlak olmuşdu. Təyyarə separatçıların əlində olan ərazidən Rusiya istehsalı olan raketlə vurulub.

Bu arada Avropa parlamentinin bir qrup üzvü Ukraynaya məktub göndərərək Volodymyr Tsemakh-ı Rusiyayla məhbus mübadiləsinə daxil etməməyə çağırıb.

Sentyabrın 4-də yazılmış məktubda deyilir ki, təyyarənin vurulmasında “əsas şübhəli”nin hazırda Kiyevlə Moskva arasında danışıq aparılan məhbus mübadiləsinə daxil edilə biləcəyi haqda şayiələr dolaşır.

Niderlandın başçılıq etdiyi beynəlxalq təhqiqat qrupunun rəsmiləri Tsemakh-ın Rusiya torpağında dindirilməsinin mümkünsüz olacağından narahatlıq bildirmişdilər.

Təsdiqlənməmiş məlumatlara görə, 66-dək məhbusun salınacağı mübadilə məhz Moskvanın Tsemakh-ı tələb etməsinə görə dalana dirənib.

Kiyev Rusiyanın ötən il saxladığı 24 dənizçinin, kinorejissor Oleh Sentsov-un, insan haqları qruplarının “siyasi məhbus” saydığı şəxslərin buraxılmasını istəyir.

Təhqiqatçıların gəldiyi qənaətə görə, təyyarəni vuran raket Rusiyada hərbi hissəyə məxsus olub, istifadə olunandan sonra geri aparılıb. Dörd nəfərə ittiham irəki sürülüb və məhkəmə gələn marta Niderlanda təyin olunub. Dörd şübhəlinin qiyabi mühakimə olunacağı gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG