Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:12

Şirvanşahlara aid məqbərə dağıdılıb


Kələzağ

Bakının Xəzər rayonundakı Zirə qəsəbəsində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan «Qışlaq yaşayış yeri»nin dağıdıldığı bildirilir.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qurumdan vurğulayıblar ki, bu barədə onlara məlumat daxil olan kimi əraziyə baxış keçiriblər. «Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub. Hadisə ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə məlumat verilib. Lazımi məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim olunacaq», - Xidmətdən qeyd ediblər.

Bugünlərdə sosial şəbəkələrdə Kələzağda qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılması ilə bağlı görüntülər yayılmışdı.

Xatırlatma

Azərbaycan tarixçilərinin yazmasına görə, Şirvanşahlar dövləti 861–1538-ci illər arası mövcud olub. Onun ərazisi indiki Azərbaycan Respublikasının şimalını və Rusiya Federasiyasının cənub torpaqlarının bir hissəsini əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG