Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:12

Kosovoda planlaşdırılan terror hücumlarına görə hökm çıxarılıb


Kosovoda yürüş, arxiv fotosu

Kosovonun paytaxtı Priştinada məhkəmə sentyabrın 4-də dörd nəfərə qarşı hökm çıxarıb. Onlar beynəlxalq sülhməramlılar, pravoslav kilsələri, gecə klubları üzərinə terror hücumları planlaşdırmaqda təqsirli biliniblər.

Təqsirləndirilənlər 1 ildən 10 ilədək həbsə məhkum ediliblər.

Daha iki nəfərə isə hakimiyyətə plan barədə xəbər vermədiyinə görə daha qısamüddətli cəza kəsilib.

Ötən oktyabrda həmin dörd nəfərə NATO qüvvələrinə hücum, serblərin sıx olduğu yerlərin partladılmasını planlaşdırmaq ittihamları irəli sürülüb.

Kosovonun 1,8 milyonluq əhalisinin əksəriyyəti etnik alban müsəlmanlarıdır. Ölkənin şimalında 120 min serbiyalı yaşayır.

İki belçikalı sentyabrda, daha iki nəfər isə iyunda həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG