Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Britaniya tankerinin 7 heyət üzvü İrandan çıxıb


Stena Impero gəmisi
Stena Impero gəmisi

İranın iyuldan bəri saxladığı Britaniya tankerinin heyət üzvlərindən yeddisi İrandan çıxıb və “hazırda təhlükəsiz yerə gedir”. Bunu Stena Impero gəmisinin sahibi deyir.

Gəminin sahibi olan Stena Bulk şirkəti bildirib ki, heyət üzvləri ailələrinə qovuşandan sonra tibbi yoxlamadan keçəcək, daha sonra öz ölkələrinə yola salınacaqlar.

Stena Bulk bir daha gəminin və heyət üzvünün heç bir yanlışa yol vermədiyini vurğulayıb.

***

İran təxminən iki ay öncə saxladığı Stena Impero Britaniya tankerinin yeddi ekipaj üzvünü azad etdiyini deyir.

Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi sentyabrın 4-də İranın Dövlət Televiziyasına müsahibəsində deyib ki, Rusiya və Hindistan vətəndaşları humanitar əsaslarla azad olunurlar və tezliklə ölkəni tərk edə biləcəklər.

O, buraxılan yeddi nəfərin gəminin kapitanı tərəfindən seçildiyini sözlərinə əlavə edib.

Tankerdə 23 nəfər var, Hindistan, Rusiya, Latviya və Filippin vətəndaşlarıdır. Ekipajın qalan 16 üzvü gəmini yola düşəndə onu idarə etmək üçün qalır, bunu isə gəminin sahibi, İsveç şirkəti Stena Bulk bildirib.

“Ekipajın yeddi üzvünün tezliklə ailələrinə qovuşa biləcəklərindən çox məmnunuq, ancaq ehtiyatla onların buraxılmasının rəsmi təsdiqini gözləyirik”, – Stena Bulk-un prezidenti Erik Hanell sentyabrın 4-də yaydığı bəyanatda deyib.

İyulun 4-də İranın neft tankeri Cəbbərültariqdə Britaniya qüvvələri tərəfindən saxlandı. Həmin tankerin AB sanksiyalarını pozaraq Suriyaya neft daşıdığı açıqlandı. Bundan sonra isə İran Hörmüz boğazında Britaniya bayrağıyla üzən Stena Impero gəmisini saxladı.

İranın Adrian Darya gəmisi bu yaxınlarda buraxıldı və hazırda Aralıq dənizindədir.

Bu arada İranla Qərb, özəlliklə Birləşmiş Ştatlar arasında söz savaşı qızışıb. Vaşinqton İranı və ona bağlı qüvvələri son iki ayda Fars körfəzində gəmilərə bir sıra hücumlara görə ittiham edir. Tehran isə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG