Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:58

Rusiyada tələbə etirazçıya 3 il həbs cəzası kəsildi


Kirill Zhukov

Moskva məhkəməsi polisə qarşı zorakılıqda ittiham olunan gənc fəala 3 il həbs cəzası kəsib.

Müstəntiqlər Kirill Zhukov-un təhlükəsizlik əməkdaşının dəbilqəsinə toxunduğunu deyirlər. İnsidentin 27 iyul aksiyası zamanı baş verdiyi bildirilir.

Zhukov-un tərəfdarları isə hökmü ədalətsiz adlandırır, insidentə videosuna əsasən onun dəbilqəyə yüngülcə toxunduğunu deyirlər.

Müstəntiqlərin deməsinə görə, insident zamanı polis “fiziki ağrı” yaşayıb.

Zhukov 27 iyul aksiyasından iştirakdan sonra saxlanıb.

Son həftələr keçirilən etirazlarda minlərlə iştirakçı saxlanıb, bəzilərinə həbs cəzaları kəsilib.

Nümayişlər Moskva Dumasına seçkilərə müstəqil və müxalifət namizədlərin buraxılmamasına etiraz olaraq keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG