Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Zelenskiy konstitusiyaya dəyişikliklərə çalışır


Volodymyr Zelenskiy

Ukrayna Prezidenti Volodymyr Zelenskiy sentyabrın 3-də parlamentin gündəliyinə daha üç qanun layihəsi sala bilib. Bu layihələr nəticəsində konstitusiyaya, parlamentin tərkibinə dəyişiklər olunacaq, deputatlar üçün daha sərt qaydalar tətbiq olunacaq.

Layihələrin birində deputatların sayının 33 faiz azaldılaraq 300-ə salınması, səlahiyyət müddətinin 5 ilə salınması nəzərdə tutulur. Layihəni 258 deputat dəstəkləyib və Konstitusiya Məhkəməsinə göndərilib.

279 deputatın dəstəklədiyi ikinci layihədə isə deputatların səsvermədə iştirak etməməsi, iclaslara üzrsüz səbəbdən qatılmaması, vəzifədə ikən vətəndaşlıqdan imtinası, başqa bir ölkənin daimi vətəndaşına çevriləcəyi halda mandatının alınması nəzərdə tutulur.

Üçüncü qanun layihəsi isə sıravi vətəndaşların parlamentə qanunvericilik təqdim etməsini nəzərdə tutur.

Hazırda prezident, Nazirlər Kabineti və parlament üzvləri qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.

Zelenskiy-nin təklif etdiyi daha bir konstitusiya düzəlişi sentyabrın 3-də qəbul olunub, deputatların toxunulmazlığı ləğv edilib.

Prezidentin “Xalqın qulluqçusu” partiyası 450 yerlik parlamentdə 254 yerə sahibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG