Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:17

Fransa İrana 15 milyard dollarlıq kredit planı hazırlayıb


Jean-Yves Le Drian

Fransa bu ilin sonunadək İrana neft əvəzinə 15 milyard dollarlıq kredit təklif etməyi nəzərdən keçirir. Bundan ötrü Tehran 2015-ci il nüvə sazişinə sadiq qalmalıdır. Təklif hazırda Vaşinqtonun təsdiqini gözləyir. Məlumatı “Reuters” Qərb və İran mənbələrinə istinadla yayıb.

Fransanın Xarici işlər naziri Jean-Yves le Drian agentliyə deyib ki, kredit xətləri üzrə danışıqlar gedir, amma ABŞ Prezidenti Donald Trump əvvəlcə bunu təsdiqləməlidir.

Nazirin sözlərinə görə, “bu kredit xətti üçün birincisi, İran nüvə sazişinə qayıtmalı, ikincisi, Körfəzdə təhlükəsizlik təmin olunmalı, regional təhlükəsizlik və post-2025 (nüvə proqramı) üzrə danışıqlar başlanmalıdır”.

Trump ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib. Bundan sonra Tehran da nüvə sazişi öhdəliklərini məhdudlaşdırdığını açıqlayıb.

Vaşinqton “maksimum təzyiq” siyasəti aparır. Trump bildirir ki, sanksiyaları İran rəsmiləri ilə istənilən görüşdən öncə qaldırmayacaq.

İran tərəf əvvəlcə sanksiyaların ləğvini, sonra danışıqların başlanmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG