Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:07

“Quran”ın ruscaya tərcüməçisinin anım mərasimi keçiriləcək


Valeria Porokhova

“Quran”ın ruscaya tanınmış tərcüməçisi Valeria (Iman) Porokhova Moskvada 79 yaşında dünyasını dəyişib.

Rusiya mediası tərcüməçinin dostlarına istinadla onun sentyabrın 2-də dünyasını dəyişdiyini yazır. Müsəlman fəalın xatirə mərasimi sentyabrın 4-də Moskvada bir məsciddə təşkil olunacaq.

Porokhova-nın tərcüməsini bir sıra ölkələrdə islam alimləri təsdiqləyib.

O, 1975-ci ildə suriyalı ilə ailə qurub, 1981-ci ildə Moskvada Dəməşqə köçüb. Orada İslam dinini qəbul edən tərcüməçi İman adını özünə alternativ ad kimi seçib.

Porokhova Suriyada “Quran”ın ruscaya tərcüməsi üzərində işləyib və onu 1991-ci ildə tamamlayıb. Bu versiya 12 dəfə çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG