Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Dorian qasırğası 5 nəfərin həyatına son qoyub


Dorian qasırğası Bahamalarda, 2 sentyabr, 2019-cu il

Sentyabrın 2-də Dorian qasırğası Bahamalarda 5 nəfərin həyatına son qoyub. Baş nazir Hubert Minnis açıqlamanı mətbuat konfransında verib.

Minnis qasırğanın daşqına səbəb olduğunu, evləri uçurduğunu, ağacları yıxdığını söyləyib. O, bu görünməmiş hadisənin ölkəsini “tarixi faciənin mərkəzi”nə sürüklədiyini vurğulayıb.

Artıq qasırğanın gücü azaldılıb, 4-cü kateqoriyaya salınıb.

ABŞ-ın Mayami ştatında mənzillənən Milli Qasırğa Mərkəzi (NHC) Dorian-ın hələ də Böyük Bahama Adasında qaldığını, maksimum sürətinin saatda 209 kilometrə çatdığını bildirib.

NHC-nin məlumatına görə, qasırğa sentyabrın 2-dən sentyabrın 4-dək Floridanın şərq sahilinə “təhlükəli səviyyədə yaxınlaşa”, ondan sonra Corciya ştatının Atlantik sahilinə, eləcə də Cənubi Karolinaya doğru yol ala bilər.

Florida, Corciya və Cənubi Karolinanın qubernatorları ştatların müəyyən yerlərində məcburi evakuasiya göstərişi veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG