Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Polşa prezidenti Rusiyanın ‘imperialist ənənələrini’ pisləyir


Ukrayna Prezidenti Volodymyr Zelensky (solda) və Andrzej Duda Varşavada, 31 avqust, 2019-cu il

Polşa Prezidenti Andrzej Duda Rusiyanın hərbi hərəkətlərini “imperialist ənənələri” adlandırıb, dünya liderlərini sərhədlərin zorla dəyişdirilməsinə göz yummamağa çağırıb.

“Son vaxtlar Avropada imperialist ənənələrin qayıtdığını, sərhədlərin güclə dəyişdirildiyini, digər ölkələrə qarşı təcavüzün baş verdiyini, torpaqların, adamların tutulduğunu görürük”, – Duda sentyabrın 1-də Varşavada 2-ci Dünya müharibəsinin başlanmasının 80 illiyi mərasimində söyləyib.

Duda konkret olaraq Rusiyanın adını çəkməyib, ancaq Moskvanın “2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada sərhədlərin dəyişdirilməsi” ilə sonuclanan hərbi addımlarını misal çəkib.

O xəbərdarlıq edib ki, “göz yummaq sülhü saxlamağın resepti deyil. Bu, faktiki olaraq, əlavə hücumlara razılıq verməkdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG