Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:40

Neft emalı zavodunda yenidənqurma 5-6 il çəkəcək


Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

«Report» xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib. Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır: «2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq».

O xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib.

Bu yaxınlarda Nazirlər Kabineti 90 gün ərazində ölkəyə idxal edilən bəzi benzin növlərini gömrük rüsumundan azad edib. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Ekspertlər hesab edir ki, bu qərar benzinin qiymətinin bahalaşmasının qarşısını almaq məqsədilə verilib. Onlar qeyd edirlər ki, Neft Emalı Zavodu faktiki ölkənin daxili tələbatını tam ödəyə bilmir.

Xatırlatma

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılıb. Ona daha sonra bəzi müəssisələr birləşdirilib.

Neft Emalı Zavodunda, əsasən, 40 növədək neft məhsulları istehsal edildiyi bildirilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln. tondan 7.5 mln. tona çatdırılması, «Euro-5» standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG