Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:47

Avropanı iki od arasına salan İran münaqişəsi – Qərb mediası


Emmanuel Macron Parisdə İranın Xarici işlər naziri Mohammad Javad Zarif ilə görüşür, 23 avqust, 2019-cu il
Emmanuel Macron Parisdə İranın Xarici işlər naziri Mohammad Javad Zarif ilə görüşür, 23 avqust, 2019-cu il

Aylardır Birləşmiş Ştatlar və İran bir-birinə qarşı sərt mövqe tutub. Belə bir durumda iki od arasında qalan Avropadır. İran ABŞ-ın provokasiyasına qarşı təhlükəli oyun oynamağa davam edərsə, Avropa Birliyi ölkələrinin də Trump administrasiyasının önləmək strategiyasına qoşulmaqdan başqa seçimi qalmaz. Bunu “The Project Syndicate” portalında Mark Leonard yazır.

Müəllif bu ay Fransanın Biarritz şəhərində Böyük Yeddiliyin sammitində Fransa Prezidenti Emmanuel Macron-un ABŞ-İran münasibətlərinin yumşalmasına yol açdığını yazır. Ümumiyyətlə, son günlər baş verənlər İran dramında əsas oyunçuların münaqişənin kənarından çəkildiyini yazır. Böyük Britaniya İranın tankerini buraxıb, Donald Trump iranlı həmkarı Hassan Rouhani ilə görüşməyə həvəsli olduğunu söyləyib.

Ancaq müəllif de-eskalasiyanı bir neçə faktorun əngəlləyəcəyini yazır. Əvvəla, Trump administrasiyası inanır ki, İrana nə qədər çox təzyiq göstərilsə, o qədər yaxşıdır. Ən pisi isə, iqtisadi təzyiq göstərməklə, ABŞ-da və regionda bəziləri İranı hərbi münaqişəyə çəkmək istəyirlər.

“Digər tərəfdən, İranda mühafizəkarlar problemi də var, çoxları elə düşünür ki, nüvə sazişinə əməl etməkdən heç nə qazanmayıblar. Bu məntiqlə İran liderləri bir sıra səhnələrdə pozucu fəaliyyəti gücləndiriblər. Ötən ay Hörmüz boğazında Britaniya tankerini saxlamaq onlardan biridir”, – məqalədə deyilir.

“Avropalılar həm də iranlıları inandırmalıdırlar ki, öz güclərini aşırı dəyərləndirməsinlər. Macron-un İrana yeni kredit xətti açması təklifi İranda mötədillərin mövqeyini gücləndirə bilər, ancaq avropalılar Instex mexanizmini (ABŞ sanksiyalarından yayınmaq üçün İranla Avropa arasında barter mexanizmi – red.) işə sala bilməsələr, Macron-un İrandakı etibarı azala bilər. İstənilən halda məqsəd İranı 2020-ci ilin noyabrında prezident seçkisində sonrayadək dözməyə inandırmaqdır. Avropa maliyyə yardımı təklifini davam etdirməlidir, ancaq eyni zamanda aydın şəkildə deməlidir ki, Avropanın maraqlarına İranın əlavə hücumları AB-ni ABŞ-ın önləmə strategiyasını qəbul etməyə vadar edə bilər.

Avropalılar həm də Fars körfəzinə göz qoymalıdırlar. Birgə donanma qüvvəsi yaratmasalar belə, ABŞ və İranın qarşıdurma təhrik etməsinə qarşı de-eskalasiya strategiyası hazırlamalıdırlar. İranın iştirakıyla donanma konfransının təşkili ilk addım ola bilər”, – müəllif vurğulayır.

XS
SM
MD
LG