Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 14:45

ABŞ-ın Kosmik Komandanlığı işə salınıb


Donald Trump

Prezidenti Donald Trump ABŞ-ın Kosmik Komandanlığını rəsmən işə salıb.

“Bu gün tarixi gündür – kosmosun Amerikanın milli təhlükəsizliyi və müdafiəsində mərkəzi rol oynadığını tanıyır”, – Trump avqustun 29-da Ağ evdə keçirilən mərasimdə söyləyib.

Kosmik Komandanlığa Hava Qüvvələrinin generalı John Raymond rəhbərlik edəcək. Bu komandanlıq “Amerikanın kosmosda üstünlüyünün heç vaxt sual altına düşməməsini, ona heç vaxt təhlükə yaranmayacağını təmin edəcək”, – Trump vurğulayıb.

Pentaqonun Silahlı Qüvvələr bölümünə kosmik əməliyyatlar da daxil idi. Ancaq yeni komandanlıq bu sahənin əhəmiyyətini vurğulayır, ixtisaslı sistemlər və təlimləri dəstəkləyəcək.

Kosmik Komandanlığa mövcud hərbi kosmik idarələrdən 600 əməkdaş cəlb olunacaq, bir neçə il ərzində isə əlavə min nəfər işə götürüləcək. Bunu “AP” adını çəkmədiyi ABŞ rəsmisinə istinadla yazır.

Trump deyib ki, Kosmik Komandanlıq ABŞ Kosmik Qüvvələrinin yaranması yönündə ilk adımdır. O, həmin qüvvələrin ordunun “ayrı, ancaq bərabər” qanadı olacağını vurğulayıb.

Ancaq Kosmik Qüvvələri Konqres yekun olaraq təsdiqləməyib. Bir çox konqresmenlər və ordu rəhbərləri bunu maliyyə israfı sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG