Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

İran tankeri yenə yolunu dəyişib


Adrian Darya neft tankeri
Adrian Darya neft tankeri

İran bayrağıyla üzən neft tankeri yenə istiqamətini dəyişib. Avtomatik İdentifikasiya Sistemi avqustun 30-a səhər tankerin Türkiyənin İsgəndərun şəhərinə yol aldığını bildirib.

Ekspertlərin sözlərinə görə, gəminin ekipajı bu sistemdə istənilən yeri göstərə bilərlər. Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu isə Norveçdə jurnalistlərə deyib k, gəmi əslində Livana gedir.

İsgəndərun Suriyanın Baniyas şəhərində neft emalı zavodundan 200 km dəniz məsafəsində yerləşir.

***

Aralıq dənizində İranın bayrağıyla üzən, Birləşmiş Ştatların saxlamağa çalışdığı neft tankeri Türkiyəyə yol alsa da, sonradan istiqaməti dəyişib.

Əvvəl Grace 1, indi Adrian Darya 1 adıyla üzən tanker, Avtomatik İdentifikasiya Sisteminə görə Türkiyənin Mersin şəhərinə gedirdi. Ancaq gəmilərin marşrutunu qeydə alan MarineTraffic vebsaytı avqustun 29-da bildirib ki, Türkiyə ilə Kiprin arasında üzən gəmi birdən yolunu dəyişərək qərbə istiqamət alıb.

Mersin Türkiyənin cənubunda neft terminalı olan liman şəhəridir. O, Suriyanın Baniyas şəhərindəki neft emalı zavodundan 200 km şimal-qərbdə yerləşir. Tanker iyulun əvvəlində Cəbbərültariqdə saxlananda onun məhz Suriyaya yol aldığı bildirilirdi.

Birləşmiş Ştatlar tankerin saxlanması üzrə order verib, onun İslam İnqilab Keşikçiləri Korpusuyla bağlı olduğunu bildirir. Vaşinqton bu qurumu terrorçu təşkilatlar siyahısına salıb.

130 milyon dollarlıq İran nefti daşıyan Adrian Darya iyulun 4-də saxlanmışdı, onun Avropa Birliyinin sanksiyalarını pozaraq Suriyaya neft apardığı deyilirdi.

Ancaq avqustun 19-da tanker Britaniya ərazisindən buraxıldı, Suriyaya getməyəcəyinə dair təminat verdi.

İran avqustun 26-da tankerdəki 2,1 milyon barrel nefti satdığını bildirdi, amma alıcının kimliyini açıqlamadı.

Vaşinqton ötən ilin mayında İranla 2015-ci il neft sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib.

İran iqtisadiyyatı neft və maliyyə sektorlarına sanksiyalardan əziyyət çəkir.

Tehran iyulda nüvə sazişi çərçivəsində bəzi öhdəliklərinin icrasını məhdudlaşdırdığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG