Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:45

Taliban razılaşma layihəsini ‘nəzərdən keçirir’


Keçmiş yaraqlılar silahlarını təhvil verir, 28 avqust, 2019-cu il

ABŞ və Taliban rəsmiləri Əfqanıstanda 18 ildir gedən münaqişəni bitirməklə bağlı tarixi sazişi möhürləmək üzrədir. Bu arada ekstremist silahlı qruplaşma liderlərinin Əfqanıstan-Pakistan sərhədində razılaşma layihəsini nəzərdən keçirdiyi xəbər verilir.

Pakistanda Talibanın aparıcı komandirlərindən biri avqustun 28-də “Frans Pres” agentliyinə deyib ki, “Şuranın bütün üzvləri layihəni alıb və hazırda onu diqqətlə oxuyurlar”.

Ancaq onu da qeyd edib ki, Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda “irəli getməklə bağlı Talibanın nümayəndə heyətinə heç bir siqnal verilməyib”. Taliban rəsmisinin sözlərinə görə, qruplaşma rəhbərliyi konsensus əldə etməlidir deyə onların cavabı “bir-iki gün çəkə” bilər.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad-ın “bir-iki günə” Kabilə gedəcəyi gözlənir. Bunu da danışıqlara yaxın rəsmilər deyib. Məlumata görə, o, razılaşma haqda Prezident Ashraf Ghani-yə məlumat verməlidir.

Taliban ABŞ-ın dəstəklədiyi Kabil hökumətilə birbaşa danışıqlardan imtina edib.

Razılaşmanın əsas məqamı Amerika qüvvələrinin Əfqanıstandan tədricən çıxması və bunun əvəzində Talibanın bu ölkənin beynəlxalq yaralıların sığınacağına çevrilməyəcəyini vəd etməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG